Bakı. Trend:
"SpaceX" şirkəti gələcəkdə "Starship" kosmik sistemi vasitəsilə hər il orbitə 10 milyon tona qədər yük çatdırmağı hədəfləyir.
Bu barədə şirkətin rəhbəri İlon Mask rüblük maliyyə hesabatının açıqlanmasından sonra keçirilən audiokonfransda bildirib.
Onun sözlərinə görə, hazırda "Falcon" daşıyıcı raketi vasitəsilə ildə təxminən 2,5 min ton yük orbitə çıxarılır. Bu göstərici ilə "SpaceX" Yer orbitinə göndərilən ümumi yüklərin 80–90 faizini həyata keçirir.
İ.Mask qeyd edib ki, şirkət Starship sisteminin istismara verilməsi ilə əvvəlcə ildə 1 milyon tondan çox, perspektivdə isə 10 milyon tona qədər yükü orbitə çatdırmağı planlaşdırır.