Bakı. Trend:
Avstriyada havanın temperaturu bir gün ərzində 40,8 dərəcədən 41 dərəcəyə yüksələrək meteoroloji müşahidələr tarixində rekord göstəriciyə çatıb.
Bu barədə "Der Standard" qəzeti "Geosphere Austria" meteoroloji xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ən yüksək səviyyəli istilik xəbərdarlığı Vyana şəhərində və Aşağı Avstriya federal əyalətinin şərq hissəsində qüvvədə qalır.