Bakı.Trend:
Azərbaycanın Yunanıstana neft ixracının həcmi artıb.
Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Yunanıstana 182,8 milyon ABŞ dolları dəyərində 284,4 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Trend-in məlumatlar əsasında apardığı hesablamalara görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,8 milyon ABŞ dolları və ya 41,7 faiz, həcm baxımından isə 52 min ton və ya 22,4 faiz çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan Yunanıstana 129 milyon ABŞ dolları dəyərində 232,4 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac olunmuşdu.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycandan dünyanın müxtəlif ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Trend-in hesablamalarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, həcm baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Komitənin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı İtaliya (3,495 milyard ABŞ dolları dəyərində 5,915 milyon ton), Çexiya (497,4 milyon ABŞ dolları dəyərində 705,8 min ton) və Bolqarıstan (253,1 milyon ABŞ dollarından çox dəyərdə 358,8 min ton) olub.