Bakı.Trend:
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın Rumıniyaya ixrac etdiyi neftin həcmi məlum olub.
Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində 461,3 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 130,2 milyon ABŞ dolları və ya 34,4 faiz, həcm baxımından isə 224,7 min ton və ya 32,7 faiz azdır.
Bundan əlavə, Komitənin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 378 milyon ABŞ dolları dəyərində 686 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac olunub.
Cari ilin yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.
Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495 milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.