Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski İqor Klimenkonun Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi, Rüstəm Umerovun isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilməsi barədə fərmanlar imzalayıb.
“İnterfaks-Ukrayna”nın məlumatına görə, bununla bağlı müvafiq olaraq 694/2026 və 695/2026 nömrəli fərmanlar bazar ertəsi ukraynalı dövlət başçısının rəsmi saytında dərc olunub.
Qedy edək ki, Rüstəm Umerov 2023–2025-ci illərdə Ukraynanın müdafiə naziri vəzifəsində çalışıb. Bundan sonra Zelenski onu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin etmişdi.
Bundan əvvəl Ukrayna KİV-ləri Zelenskinin Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək qərarına gəldiyini yazmışdı.