Bakı. Trend:
Avqustun 3-də Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində iki nəfər minaya düşüb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.