Bakı. Trend:
Peruda Naska səhrasındakı geoqriflər üzərində ekskursiya uçuşu həyata keçirməli olan təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
Bu barədə bələdiyyə hakimiyyəti məlumat yayıb.
"Naska bələdiyyəsi Pueblo Viexo rayonunda "Aerodiana" şirkətinə məxsus təyyarənin faciəvi qəzaya uğraması ilə əlaqədar dərin hüznünü ifadə edir və həlak olan 13 nəfərin ailələrinə və yaxınlarına ən səmimi başsağlığını çatdırır", - вунэ məlumatda bildirilib.
Hakimiyyət orqanlarının məlumatına görə, təyyarə Naska geoqrifləri üzərində ekskursiya uçuşu həyata keçirmək üçün Pisko şəhərindən havaya qalxmışdı. Qəzanın başvermə səbəbləri araşdırılır.