Bakı. Trend:
İspaniya kralı VI Filipp Şimali Afrikanın sahilində yerləşən muxtar Seuta şəhərində minlərlə miqrantın daxil olması ilə bağlı baş verən ciddi hadisələrdən narahatlığını və hiddətini ifadə edib.
Bu barədə "EFE" agentliyi məlumat yayıb.
Məlumata görə, kral dövlətin muxtar şəhərlərin təhlükəsizliyini təmin etməli və bu cür hadisələrin təkrarlanmasının qarşısını almalı olduğunu bildirib.
Kral VI Filipp həmçinin qeyd edib ki, Seuta və Melilya sakinlərinə İspaniyanın qalan hissəsinin dəstəyini nümayiş etdirəcək tədbirlərin görülməsi zəruridir.