Bakı. Trend:
Lerik rayonunda 3,6 maqnitudalı zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 19:24-də qeydə alınıb. Yeraltı təkanların ocağı 24 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə, Lənkəran və Lerik rayonlarında 3 bal gücündə hiss olunub.