Bakı.Trend:
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpası istiqamətində səylərini artıracağını deyib.
O, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Yaxın vaxtlarda münaqişəyə son qoymaq üçün danışıqları bərpa etməyin mümkün olub-olmadığını anlamaq məqsədilə səylərimizi gücləndirəcəyik", – deyə Rubio bildirib.
Dövlət katibi vurğulayıb ki, Vaşinqton hər iki tərəfin nəzərə alınmalı olan "qırmızı xətlər"inin mövcudluğunu anlayır və kompromisə nail olmaq üçün bunlar diqqətə alınmalıdır.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp belə bir imkan yaranacağı təqdirdə Moskva ilə Kiyev arasında danışıqlara dəstək verməyi öz komandasına tapşırıb.