Bakı. Trend:
Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 kilometr şərqdə, yerli vaxtla saat 01:47-də baş verib.
Bildirilib ki, zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar əhali tərəfindən hiss olunmayıb.