Bakı. Trend:
Cümə günü İtaliyanın cənubunda, Neapol yaxınlığındakı Flegrey çölləri vulkanik zonasında 4,7 bal gücündə zəlzələ baş verib.
Səlahiyyətli qurumlar təbii fəlakətlə əlaqədar təcili yardım və ya xilasetmə xidmətlərinə hər hansı müraciətin qeydə alınmadığını açıqlayıblar.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (İNGV) məlumatına görə, zəlzələnin episentri Flegrey çölləri vulkanik bölgəsində yerləşib.
Avropanın ən böyük vulkanik kraterinin yerləşdiyi bu ərazi mütəmadi seysmik fəallıqla seçilir. İNGV-nin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 19:46-da (Bakı vaxtı ilə 21:46) 3 kilometr dərinlikdə qeydə alınıb.
Yanğınsöndürmə xidməti bəzi liftlərdə insanların qalması və binalardan kiçik suvaq parçalarının tökülməsi ilə bağlı müraciətlər daxil olduğunu, lakin dərhal müdaxilə tələb edən ciddi hadisələrin qeydə alınmadığını bildirib.