Bakı.Trend:
Ştutqart–Vyana reysini yerinə yetirən Almaniyanın “Eurowings” aviaşirkətinə məxsus təyyarə ildırım vurması səbəbindən havaya qalxdıqdan bir müddət sonra Ştutqart aeroportuna məcburi eniş edib.
Bu barədə “Bild” qəzeti yazır.
Məlumata görə, təyyarənin göyərtəsində 106 sərnişin və ekipaj üzvü olub.
Hadisə cümə axşamı axşam saatlarında baş verib. Airbus A320 havaya qalxdıqdan sonra onu ildırım vurub. Təhlükəsizlik məqsədilə pilotlar Ştutqart hava limanına geri qayıtmaq qərarı veriblər.
Təyyarə havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra hava limanına uğurlu eniş edib.