Bakı. Trend:
Xankəndi–Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza ötən gecə baş verib. Belə ki, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan Bayram Verdiyev hadisə yerində həyatını itirib. Digər sərnişin Orxan Şirinov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.