Bakı. Trend:
Yeni Zelandiyanın Şimal adasında yerləşən Tauranqa şəhərindən 1 197 kilometr şimal-şərqdə, Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Operativ məlumatlara əsasən, qeydə alınan zəlzələnin episentri Yeni Zelandiyanın Kermadek adalar qövsünə daxil olan Raul adasından təxminən 135 kilometr şimal-qərbdə yerləşib.
Episentrdə yeraltı təkanların intensivliyi "dağıdıcı" kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5,9 olaraq qiymətləndirib. Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.