Bakı. Trend:
İyulun 28-də Yaponiyanın Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çata bilər.
Bu barədə yerli hakimiyyət orqanlarından məlumat verilib.
"NHK" kanalının məlumatına görə, 12 nəfərin öldüyü təsdiqlənib. Daha altı nəfər isə ürək-ağciyər dayanması vəziyyətindədir. Yaponiyada klinik ölüm üçün istifadə edilən bu termin yalnız xilasetmə işçiləri tərəfindən deyil, tibb işçiləri tərəfindən təsdiqlənə bilər.
Bundan əlavə, daha dörd nəfərin yeri hələ müəyyən edilməyib.
Ötən gün hakimiyyət orqanları zəlzələ ilə əlaqəli ola biləcək 13 nəfərin öldüyünü bildirmişdi. Yeddi nəfər də ağır xəsarət alıb, daha 29 nəfər isə yüngül xəsarət alıb.