Bakı. Trend:
ABŞ yenidən İrana qarşı güclü zərbələr endirmək niyyətindədir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, eyni zamanda, Amerika tərəfi Vaşinqtonla Tehran arasında razılaşmanın mümkün olub-olmadığını müəyyən edir.
"Nə vaxtsa razılığa gəlib-gəlməyəcəyimizi görəcəyik. Ancaq onlara çox güclü zərbələr endirəcəyik", - deyə o bildirib.