Bakı.Trend:
Nyu-Yorkda Legioner xəstəliyinin yayılması nəticəsində ölənlərin sayı altıya çatıb.
Bu barədə Nyu-York Şəhər Səhiyyə Departamentinin rəhbəri Alister Martin məlumat verib.
"Hazırda 90 yoluxma halı qeydə alınıb. Onlardan 65 nəfər xəstəxanadan evə buraxılıb, 6 nəfər vəfat edib. Daha 6 nəfər isə xəstəxanada müalicə olunur", - deyə Martin "X" sosial şəbəkəsində yazıb.
Xəstəliyin ilk halları iyulun 2-də qeydə alınıb. Şəhər hakimiyyəti Manhettenin nüfuzlu Yuxarı Vest-Sayd rayonunda yerləşən 76 binanın soyutma sistemlərində canlı və ya ölü Legionella bakteriyalarının izlərini aşkarlayıb. Binaları idarə edən şirkətlərə həmin sistemlərin dezinfeksiya olunması tapşırılıb.
Legionellyoz və ya Legioner xəstəliyi - Legionella cinsinə aid bakteriyaların törətdiyi pnevmoniya növüdür. Bu bakteriyalar isti suda çoxalır. İnsanlar bakteriyalarla çirklənmiş su buxarını tənəffüs etməklə yoluxa bilərlər. Xəstəlik insandan insana keçmir.