Bakı.Trend:
İyunun 26-dan etibarən Pakistanda yağan leysan yağışları və onların səbəb olduğu hadisələr nəticəsində azı 109 nəfər həlak olub, daha 362 nəfər xəsarət alıb.
Bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.
Bildirilib ki, ən çox ölüm halı ölkənin şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində qeydə alınıb. Burada musson yağışları nəticəsində 55 nəfər həyatını itirib. Şərqdə yerləşən Pəncab əyalətində isə təbii fəlakət daha 36 nəfərin ölümünə səbəb olub.
Leysan yağışları və onların yaratdığı sel təxminən 800 binaya ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb.
İyunun sonundan bəri Pakistanda 148 xilasetmə əməliyyatı həyata keçirilib və nəticədə təxminən 4 min nəfər xilas edilib.