Bakı.Trend:
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin toplanmış sığorta haqlarının həcminə görə renkinqi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə ümumilikdə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,16 faiz çoxdur.
Bankın məlumatına görə, hesabat dövründə ən çox sığorta haqqını "Paşa Həyat Sığorta" ASC toplayıb – 421,641 milyon manat. AMB-nin məlumatına əsasən, ikinci yerdə "Paşa Sığorta" ASC (209,113 milyon manat), üçüncü yerdə isə "Atəşgah Həyat" Sığorta Şirkəti (60,045 milyon manat) qərarlaşıb.
Aşağıda 2026-cı ilin yanvar-iyun aylarında toplanmış sığorta haqlarının həcminə görə Azərbaycanın sığorta şirkətlərinin renkinqini təqdim edirik:
Şirkətin adı
Sığorta haqqı (milyon manat)
"Paşa Həyat Sığorta"
421,641
"Paşa Sığorta"
209,113
"Atəşgah Həyat" sığorta şirkəti
60,045
"Atəşgah" sığorta şirkəti
35,348
"Qala Sığorta"
30,921
"Aqrar Sığorta"
16,291
"Meqa Həyat Sığorta"
14,759
"Azərbaycan Sənaye Sığorta"
14,746
"Meqa Sığorta" ASC
16,248
"Qala Həyat"
13,627
"Xalq Sığorta" ASC
13,572
A-Qroup" sığorta şirkəti
9,036
"AzSığorta"
6, 745
"Xalq Həyat" sığorta şirkəti
6,377
Qeyd edək ki, AMB-nin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə ümumilikdə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb.
AMB-nin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi 549,682 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117,5 milyon manat və ya 27,2 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abbas Miskərli Trend-ə özəl müsahibəsində bildirib ki, Azərbaycanda sığorta bazarı sahəsində yeni islahatlara hazırlıq görülür.
İcraçı direktor əlavə edib ki, Azərbaycanın sığorta qanunvericiliyində aparılan davamlı yeniliklər də xarici tərəfdaşların marağına səbəb olur.
“Mərkəzi Bank sığorta sektorunun inkişafı istiqamətində ardıcıl iş aparır. Qanunvericilikdə edilən dəyişikliklər, qarşılaşdığımız problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı təcrübə rolunu oynayır”, - deyə A.Miskərli bildirib.
O, həmçinin yaxın dövrdə sığorta sektorunda bir sıra mühüm yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
“Forum çərçivəsində səsləndirilən çıxışlarda da qeyd olunduğu kimi, sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin bir hissəsi sığorta vasitəçilərinin fəaliyyətini əhatə edəcək”, - deyə o qeyd edib.
A.Miskərlinin sözlərinə görə, fiziki şəxslər üçün icbari əmlak sığortasının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.