Bakı.Trend:
Fransa Prezidenti Emmanuel Makron meşə yanğınlarının söndürülməsinə göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.
Bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
"Təşəkkürlər, Türkiyə!" – deyə Makron Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının paylaşımına cavabında yazıb.
Bundan əvvəl türkiyəli nazir İspaniyadan sonra Türkiyəyə məxsus iki yanğınsöndürən təyyarənin genişmiqyaslı meşə yanğınları ilə mübarizədə iştirak etmək üçün Fransaya yola düşdüyünü bildirib.
Onun sözlərinə görə, Türkiyə təbii yanğınların nəticələrinin aradan qaldırılmasında Avropa ölkələrinə dəstəyini davam etdirir.
