Bakı. Trend:
Çinin Çinxay əyalətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, ilk zəlzələnin episentri təxminən 1,6 milyon əhalisi olan Sinin şəhərindən 242 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
İkinci zəlzələnin episentri isə Sinin şəhərindən 249 kilometr cənub-qərbdə qeydə alınıb. Bu zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.
Hazırda xəsarət alanlar və dağıntılar barədə hər hansı rəsmi məlumat verilməyib.