Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nizamlanma planının tərksilah və mülki idarəçiliklə bağlı iki bəndinin həyata keçirilməsinə razılıq verib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət planın 5-ci və 8-ci bəndlərindən gedir. Həmin bəndlər HƏMAS-ın hərbi strukturunun mülki idarəçilikdən ayrılmasını, həmçinin silahların beynəlxalq nəzarət altında yeni Fələstin strukturlarına təhvil verilməsini nəzərdə tutur.
Qeyd edək ki, Sülh Şurası İsrail və HƏMAS arasında Qəzzanın idarə olunması ilə bağlı razılaşma əsasında yaradılıb. Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri təşkilatın Nizamnaməsini imzalayıb.