Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti Qaracəmirli 3 saylı nasos stansiyasının (nasos,elektrik mühərriki,elektrik təsərrüfatı, sorma və vurma boruları, təzyiqli boru xətti və digər köməkçi avadanlıqlar) əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 160 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 14 avqust 2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 14 avqust 2026-cı il saat 17:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 377 07 70 (601)
Əlaqədar şəxs: Elşad Fərəcov
Email: [email protected]
Ünvan: Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5