Bakı.Trend:
İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorova özünün müşaviri vəzifəsini təklif edib.
Bu barədə “Reuters” yazır.
“Mən vəzifəsindən azad edilməsindən bir gün sonra ona zəng etdim və dedim: “Romaya nə vaxt gəlmək və müşavir vəzifəsində işləmək istəyirsiniz?” – deyə Krozetto qeyd edib.
Fedorovun reaksiyasının necə olduğu barədə suala Krozetto bildirib ki, keçmiş nazir bu təklifi “hörmət və dostluq təzahürü” kimi qiymətləndirib.