Bakı.Trend:
İordaniya Kral Hərbi Hava Qüvvələrinin qırıcıları günün əvvəlindən etibarən İran tərəfindən buraxılan və ölkənin hava məkanına daxil olan altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bu barədə ölkənin silahlı qüvvvələrinin Baş Komandanlığın "X" sosial şəbəkəsində yayımladığı bəyanatında bildirilir.
"PUA-ların məhv edilməsi üzrə həyata keçirilən əməliyyat zamanı heç bir ziyan dəyməyib, xəsarət alan olmayıb", – bəyanatda qeyd olunur.
Məlumata görə, günün birinci yarısında krallığın hava məkanında İrana məxsus daha yeddi ballistik raket də vurulub.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.