Bakı.Trend:
ABŞ-İsrail-İran münaqişəsi nəticəsində Hörmüz boğazında əlacsız vəziyyətdə qalan təxminən 6 min dənizçi təxli olunmalıdır.
Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
O münaqişə tərəflərini həmin dənizçilərin vətənlərinə qaytarılmasına yardım göstərməyə çağırıb.
Türkün ismarıcını sözçüsü Şabiya Mantu Cenevrədə jurnalistlərə çatdırıb.
"Münaqişə tərəfləri əlacsız vəziyyətdə qalmış dənizçilərin təhlükəsiz şəkildə təxliyə olunması və sahilə çıxarılması üçün təcili tədbirlər görməli, eyni zamanda həyati əhəmiyyət daşıyan təchizatın çatdırılmasını təmin etməlidirlər",deyə o, bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.