Bakı.Trend:
Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları 20-ə yaxın yaşayış evi və digər tikilini məhv edib.
Bu barədə "CBC" telekanalı məlumat yayıb.
Meşə yanğını bölgənin şimal-qərbində - Klinton şəhərinin ətrafında tüğyan edir. Yanğının ümumi sahəsi 11 min hektar ərazini əhatə edir. Küləyin təsiri altında yanğın sürətlə yayılır . Başqa yaşayış evlərinin də yanma təhlükəsi yaranıb.
Yanğın zonasının yaxınlığında yerləşən evlərdən sakinlər təxliyə ediliblər.
Can itkisi və yaralılar barədə məlumat daxil olmayıb.