Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, cüdoçulara gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
Ölkəmiz yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Daha sonra onlar mayın 20-22-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
60 kq
Əli Hacıyev Murad Muradlı
66 kq
Mehdi Cəfərov İslam Rəhimov Məhəmməd Musayev
73 kq
Aydın Rzayev Əbil Yusubov
81 kq
Süleyman Şükürov Əli Hacızadə
90 kq
Davud Namazlı Tuncay Şamil
100 kq
Əjdər Bağırov
+100 kq
Kənan Nəsibov İlkin Baxşəliyev
Qeyd edək ki, Avropa Kuboku mayın 18-19-da keçiriləcək. Turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək.