Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, hər iki istiqamətdə; 4. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə; 7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 12. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 14. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.