Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023-2024-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının yekun nəticələrinə əsasən, qalib şagird sayına görə top 10-da olan ümumtəhsil müəssisələrinin siyahısını hazırlayıb. Modern.az saytının Təhsil İnstitutundan əldə etdiyi məlumata görə, siyahıda birinci yer Bakı şəhərindəki Fizika, riyyaziyyat və informatika təmüyüllü liseyə məxsusdur - 64 qalib. İlk "üçlük"də sonrakı yeri Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyi tutur - 37 qalib. Onun ardınca Gəncə şəhərindəki Fizika, riyyaziyyat və informatika təmüyüllü lisey gəlir - 24 qalib. Respublika Fənn Olimpiadalarının yekun nəticələrinə əsasən, qalib şagird sayına görə top 10-da olan məktəbləri təqdim edirik:
