Ermənistan paytaxtı İrəvanda hakimiyyətə itaətsizlik aksiyaları bu gün də davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, vətəndaşlar etiraz olaraq bəzi küçələri bağlayıblar. Milli Cəbhə teleqram kanalının məlumatına görə, Teryan-Aram kəsişməsi və Abovyan küçəsi bağlanıb. Etirazçılara rəhbərlik edən keşiş Baqrat Srbazan (Qalstanyan) vətəndaşları saat 17:00-da Milli Akademik Opera və Balet Teatrına qarşıçına səsələyib. Həmin vaxt teatrda baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi beynəlxalq forum keçiriləcək.