Bakı. Trend:
Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə uranın məhdud zənginləşdirilməsinə icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib.
Bu barədə CNN məlumat yayıb.
Telekanalın iddiasına görə, tərəflər arasında danışıqlar 2025-ci ilin oktyabrında başa çatsa da, ABŞ-nin Ər-Riyadın mülki nüvə proqramına dəstəyini nəzərdə tutan saziş layihəsi Trampın imzasını gözləyir.
Ekspertlər bildirirlər ki, sərt nəzarət tətbiq olunmazsa, razılaşma Səudiyyə Ərəbistanının nüvə silahı inkişaf etdirməsinə potensial yol aça bilər.