Bakı. Trend:
Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:20-də qeydə alınıb.
Məlumata görə, zəlzələnin ocağı 15,59 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə hələlik məlumat verilməyib.