Bakı. Trend:
İraq hökuməti ölkədə peyk interneti xidmətlərinin göstərilməsi məqsədilə ABŞ-ın "Starlink" şirkəti ilə rəsmi müqavilə imzalayıb.
Bu barədə İraqın Media və Kommunikasiya üzrə Dövlət Komissiyasının İcraiyyə Komitəsinin rəhbəri Bəliq Əbu Kəlal məlumat verib.
Onun sözlərinə görə, şirkətə verilən lisenziya ölkə vətəndaşlarının təhlükəsiz və yüksəkkeyfiyyətli internet xidmətinə çıxışını təmin edəcək. O qeyd edib ki, xidmətə qoşulma qiymətləri də əlçatan olacaq.
Kəlal vurğulayıb ki, "Starlink"ə lisenziyanın təqdim olunması İraqda internet infrastrukturunun modernləşdirilməsi və rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm mərhələ hesab olunur.