Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn ərazisində yerləşən ABŞ-ın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
SEPAH-ın bəyanatına görə, hücum nəticəsində ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar vurulub. Bundan əlavə, İran tərəfi İrandakı hədəflərə zərbələrin yönləndirilməsi üçün istifadə olunduğunu iddia etdiyi "əsas süni intellekt mərkəzi"nin tamamilə məhv edildiyini bildirib.
SEPAH-da qeyd edilib ki, əməliyyat zamanı ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub.