2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçirilir.
Hazırda növbəti tədris ili üzrə bəzi ümumi təhsil məktəblərində açılmış siniflərdə şagird yerləri tutulduğundan alternativ olaraq yaxınlıqdakı bir sıra ümumi təhsil müəssisələri müəyyən edilib. Həmin ümumi təhsil məktəblərinin siyahısını təqdim edirik:
I sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblər
Alternativ olaraq müəyyən edilmiş məktəblər
104 nömrəli tam orta məktəb
146 və 318 nömrəli tam orta məktəblər
145 nömrəli tam orta məktəb
229 və 238 nömrəli tam orta məktəblər
160 nömrəli Klassik Gimnaziya
8 nömrəli tam orta məktəb
177 nömrəli tam orta məktəb
34 və 202 nömrəli tam orta məktəblər
218 nömrəli tam orta məktəb
218 nömrəli tam orta məktəbin filialı
269 nömrəli tam orta məktəb
48 və 98 nömrəli tam orta məktəblər
336 nömrəli tam orta məktəb
286 və 308 nömrəli tam orta məktəblər
81 nömrəli tam orta məktəb
75 və 307 nömrəli tam orta məktəblər
88 nömrəli tam orta məktəb
121 nömrəli tam orta məktəb
28 nömrəli tam orta məktəb
22 nömrəli tam orta məktəb