Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, bu da 362-363 manat deməkdir:
"Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-ci ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə infilyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % infilyasiya qeydə alınıb.
"Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına təsadüf edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün də lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik".