Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti zərbələr seriyasını uğurla başa çatdırıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"Birləşmiş Ştatların qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmiləri yüksək dəqiqlikli sursatlardan istifadə edərək İranın sahil kəşfiyyatı və hava hücumundan müdafiə obyektləri, hərbi logistika infrastrukturu və dəniz obyektləri də daxil olmaqla onlarla hərbi hədəfi vurub. Bu, ABŞ-ın İrana ardıcıl altıncı gecə endirdiyi zərbələr olub", - deyə bəyanatda bildirilir.
Bəyanatda vurğulanıb ki, "Ali Baş Komandanın göstərişi ilə CENTCOM qüvvələri İranın hərbi potensialını zəiflətməyə davam edir və onu kommersiya gəmiçiliyinə qarşı son hücumlara görə məsuliyyətə cəlb edir".