Bakı. Trend:
"SpaceX" şirkətinin "Starship" kosmik gəmisinin prototipinin 13-cü sınaq uçuşu üçün nəzərdə tutulan daşıyıcı raketin buraxılışı mühərriklərdə yaranan problemlər səbəbindən son anda ləğv edilib.
Bu barədə şirkətin rəhbəri İlon Mask "X" sosial şəbəkəsində yazıb.
"Bəzi mühərriklər işə düşmədi və bu, startın avtomatik olaraq ləğv edilməsinə səbəb oldu", - deyə o bildirib.
Maskın sözlərinə görə, növbəti buraxılış cəhdi bir neçə gün sonra həyata keçirilə bilər.