Bakı. Trend:
Macarıstan Prezidenti Tamaş Şuyok parlamentin qəbul etdiyi və onun vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan Konstitusiyaya 17-ci düzəlişi ən geci iyulun 18-dək imzalamalıdır.
Bu barədə Baş nazir Peter Magyar Budapeştdə keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazirin sözlərinə görə, əks halda dövlət başçısına qarşı impiçment proseduru başlana bilər.
"Əsas Qanuna 17-ci düzəlişi imzalaması üçün ona verilən beş günlük müddət şənbə axşamı başa çatır", - deyə o bildirib.
O xatırladıb ki, deputatlar sənədi iyulun 13-də qəbul ediblər və qanunvericiliyə əsasən prezidentin sənədi ya imzalaması, ya da geri qaytarması üçün beş günü var.
Prezident parlamentdə sənədin qəbul prosedurunda hər hansı pozuntu aşkar edərsə, onu öz qeydləri ilə birlikdə Konstitusiya Məhkəməsinə göndərə bilər. Düzəlişin məzmunu ilə bağlı iradlar isə qəbul edilmir.