Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır. Kiyevin müharibəyə son qoyulması ilə bağlı real təklifləri var.
Bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Sibiqa hesab edir ki, Ankara qlobal diplomatiyanın əsas mərkəzlərindən biridir.
Onun sözlərinə görə, Türkiyə Kiyev və Moskva arasında mübahisəli məsələlərin həllində dəfələrlə mühüm rol oynayıb.
“Zelenski ilə Putin arasında baş tuta biləcək görüş üçün əsas məkanlardan birinin Türkiyə olmasının tərəfdarıyıq. Biz bunu dəstəkləyirik və belə yüksək səviyyəli görüşün təşkilini öz üzərinə götürməyə hazır olduğuna görə Türkiyə tərəfinə minnətdarıq”, – deyə Sibiqa vurğulayıb.