Bakı. Trend:
İraqın baş naziri Əli əz-Zaidi bildirib ki, ABŞ qoşunları sentyabrın sonunadək ölkədən tamamilə çıxarılacaq.
"NHK World-Japan"ın verdiyi məlumata görə, o, bu açıqlamanı çərşənbə axşamı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı verib.
Baş nazir qeyd edib ki, ABŞ şirkətləri İraqa daxil olacaq və iki ölkə arasında münasibətlər hərbi tərəfdaşlıqdan iqtisadi əməkdaşlığa keçəcək.
Donald Tramp isə bildirib ki, ABŞ hərbi qüvvələrinə artıq İraqda ehtiyac yoxdur. Onun sözlərinə görə, Amerika neft şirkətləri artıq ölkədə fəaliyyət göstərir və yerli tərəfdaşlıqlar qurublar.
Tramp ABŞ şirkətlərinin İraqda neft sektorundakı fəaliyyətini daha da genişləndirəcəyinə ümid etdiyini ifadə edib.
ABŞ 2021-ci ildə İraqdakı döyüş missiyasının rəsmi şəkildə başa çatdığını elan edib.