Bakı.Trend:
Qırğzıstanın İssık-Kul bölgəsində torpaq sürüşməsindən sonra 75 nəfər , o cümlədən turistlər çıxılmaz vəziyyətdə qalıb.
Qırğızıstan KİV-nin məlumatına görə,
İyulun 14-də Karakol Milli Təbiət Parkında baş verən torpaq sürüşməsindən sonra qaya parçaları çaya tökülüb. Nəticədə çayın məcrası dəyişib və Ayu-Tor dərəsinin yuxarı hissəsinə aparan yolu yuyub . Həmin vaxt ərazidə insanlar olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Ətrafdan təcrid vəziyyətdə qalanlar arasında 40 turist də var.