Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib. Təhsil İnstitutundan Modern.az-a bildirilib ki, şagirdlər //portal.edu.az/ platforması vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq nəticələrini əldə edə bilərlər.
Məktəblilərarası fənn müsabiqələrində 150 və 150-ci şagirdə bərabər nəticə toplayan şagirdlər, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında isə 300 və 300-cü şagirdə bərabər nəticə toplayan şagirdlər final turuna vəsiqə qazanıb.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 2 iyun tarixində təşkil ediləcək. Final turunda şagirdlərə 15 açıq tipli sual təqdim ediləcək.
Yarımfinal turunun kitabçalarını əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: //drive.google.com/drive/folders/1oenoXmJYP8Pah8QJggPuRzDFtyca1MqK
Qeyd edək ki, yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Keçid balları aşağıdakı kimidir: Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası üzrə keçid balı – 67,5 Məktəblilərarası fənn müsabiqələri fənlər üzrə keçid balları: Riyaziyyat fənni 6-cı sinif – 72 Riyaziyyat fənni 7-ci sinif – 67,5 Təbiət fənni- 80 İnformatika fənni – 60 Kimya fənni- 74,5 Fizika fənni – 61,75 Biologiya fənni- 67