Bakı.Trend:
ABŞ böyük ehtimalla, Hörmüz boğazını öz nəzarətinə götürəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına telefonla verdiyi müsahibədə deyib.
"Biz boğaza nəzarəti öz üzərimizə götürəcəyik və yəqin ki, onu idarə edəcəyik. Biz Hörmüz boğazının mühafizəçisinə çevriləcəyik. Bəlkə də buna "boğazın qoruyucu mələyi" deyəcəyik və buna görə bizə haqq ödənilməlidir”, – deyə o, Fox News telekanalına telefon müsahibəsində bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.