Bakı. Trend:
Rusiya xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri planlaşdırılır.
Bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün (13 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya xarici işlər nazirinin Tehrana səfərinin vaxtı hələlik müəyyənləşməyib. Müəyyənləşdikdən sonra tarixi elan olunacaq.
İran rəsmisi sözügedən səfərin detalları haqda əlavə məlumat verməyib.
İran və ABŞ arasında müzakirələrə diqqət çəkən Bəqai qeyd edib ki, proseslər çox sürətli şəkildə baş verir. İran bir nöqtədə dayana bilməz. Ölkənin mənafeyinin təmin olunmasına kömək etmək üçün ən yaxşı formatı seçməyə səy göstərilir. İran lazım olduğu yerdə hərbidən, lazım olduğu yerdə diplomatiyadan istifadə edir.