Bakı. Trend:
ABŞ-nin İrana qarşı həyata keçirdiyi yeni hava zərbələri zamanı ölkənin 13 şəhəri hədəf alınıb.
Bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Məlumata görə, zərbələr Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Məhşəhr, Behbəhan, Buşehr, Cask, Dezful, Qeşm, Sirik, Xondab, Xorrəmşəhr və Endimeşk şəhərlərinə endirilib.
"İRNA" agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə isə, İranın qərbindəki Xuzistan əyalətinə endirilən zərbələr nəticəsində azı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.