Bakı. Trend:
Çilinin Vina-del-Mar şəhərində avtomobilin yarmarka ziyarətçilərinin üzərinə çıxması nəticəsində altı nəfər - üç kişi və üç qadın həlak olub, yeddi nəfər yaralanıb.
Bu barədə “BioBioChile” xəbər portalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, sürücü əvvəlcə başqa avtomobillə toqquşub, daha sonra idarəetməni itirərək yarmarka köşklərinə çırpılıb.
Hadisəni törədən şəxs saxlanılıb. Məlumata görə, o, Çili Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur.