Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir neçə saat əvvəl Hörmüz boğazını icazəsiz yolla keçməyə cəhd edən gəmiyə xəbərdarlıq atəşi açıb.
Bu barədə SEPAH-ın açıqlamasında bildirilib.
"Sistemlərini söndürən və bununla da dəniz təhlükəsizliyini təhlükəyə atan gəmiyə xəbərdarlıq atəşi açıldı. Gəmi dayandırılıb", - deyə qeyd olunub.
İnqilab Keşikçiləri Korpusu bildirib ki, hadisə ilə əlaqədar Hörmüz boğazı növbəti xəbərdarlığa qədər bağlanıb.